Qocalmağın qarşısını alan pəhriz
906 dəfə baxılıb
Amerikalı alimlər gəncliyi uzun müddət qoruyan qidaların siyahısını hazırlayıblar.
“Sələf Xəbər”-in Milli.Az-a istinadən məlumatına görə, ekspertlər qocalmaq əleyhinə pəhriz də hazırlayıblar.
Kaliforniya Universitetinin alimləri hesab edirlər ki, təbiətdə gəncliyi qoruyan çoxsaylı məhsul var. Bu məhsullar bioloji prosesləri aktivləşdirir, insan orqanizminin qocalmasının qarşısını alır. Həmin məhsullar uzun gəncliklə yanaşı, müxtəlif xəstəliklərin profilaktikasında əhəmiyyətli rol oynayır.
Bu məhsullar arasında birinci yeri balıq yağı tutur. Bu yağda amino turşuları (Omeqa-3) var. Həmin turşular DNT hüceyrələrinin zədələnməsinin qarşısını alır. Bunun sayəsində həyatın müddəti əhəmiyyətli dərəcədə uzanır. Bununla yanaşı, balıq yağı damarları zədələyən xəstəliklərə qarşı əla profilaktika vasitəsidir.
Alimlər hesab edirlər ki, balıq yağını gündəlik rasionlarına daxil edən insanların artroz və artrit kimi xəstəliklərdən qorxuları yoxdur.
Alimlər hesab edirlər ki, qoz, boranı tumu və lobya kimi qidalar da qocalmanın qarşısını alır. İnsan orqanizmində yaşlanma əleyhinə stimulyatordur.
“Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.”
Qurani-Kərim, “Rum” surəsi, 54-cü ayə