Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Qravitasiya Dalğalarının varlığı təsdiqini tapdı

Fevral 12
18:33 2016

Elm tarixində son onilliyin ən möhtəşəm hadisəsi baş verib. Qərb alimləri Albert Eynşteynin hələ 1915-ci ildə iddia etdiyi qravitasiya dalğaları qeydə alıblar.

“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, Lazer İnterferometr Qravitasiya Dalğaları Rəsədxanasının (Laser Interferometer Gravitational Wave Observatory) tədqiqatçılarının yaydığı açıqlamaya əsasən, kiçik titrəyişlərlə müşahidə edilən qravitasiya dalğaları Yer kürəsindən 1,3 milyard işıq ili məsafədə yerləşən və Günəşdən 30 dəfə böyük olan iki “qara dəliyin” toqquşması nəticəsində qeydə alınıb.

Məlumata görə, bu dalğaları qeydə almaq üçün iki ədəd, dəyəri 205 milyon dollar olan qəbuledicilərdən istifadə edilib.

Qəbuledicilər həmin dalğaları səs formasında dinləməyə imkan yaradıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)

Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.

Uca Allah, həmçinin buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)

“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.” (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031