Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Qreypfrut aclıq hissinə qalib gəlir

Oktyabr 25
15:46 2014

“Sələf Xəbər” kadinvekadin.net saytına istinadən, hər yemək zamanı qreypfrut yeməyin, insulin səviyyəsini aşağı salaraq aclığı dəf etməyə kömək etdiyini bildirir.

Dietoloq Şəbnəm Kandıralı qreypfrutun həddən artıq yeməyin düşməni olduğunu deyib. Kandıralı “Rasionunuza qreypfrutu əlavə edin. 12 həftə davam edən və artıq çəkidən əziyyət çəkən 91 nəfərin üzərində aparılmış bir tədqiqat, hər yemək zamanı yarım qreypfrut yeməyin çəki itirilməsi ilə nəticələndiyini göstərmişdir” deyib.

Kandıralı, qreypfrut istifadə edənlərdə insulin səviyyəsinin aşağı endiyini, bunun isə aclığın dəf edilməsi ilə əlaqələndirildiyini ifadə edib.

Kandıralı həddən artıq yemək və buna qarşı zəruri tədbirləri belə açıqlayıb: “Həqiqətən acsınız? Çəkinizi nəzarətdə saxlamaq, nə yediyinizi bilməklə əlaqəlidir. Bundan əlavə, əlinizi hər hansı bir qidaya uzatdıqda, həqiqətən ac olub-olmadığınızı özünüzə sual verməyiniz çox mühümdür. Sizi yeməyə sövq edən mədəniz, beyniniz, yoxsa ürəyinizdir? Bir çoxlarımız fiziki cəhətdən ac olmadıqda da yeyirik, çünki qidanın qoxusu, görüntüsü və dadı bizi cəlb edir və dayanmaq, üstün gəlmək çətin olur. Və ya özümüzü yalnız, qəmli və stressli hiss edirik və ailə üzvlərimiz və ya dostlarımız yeməyimiz üçün bizə təzyiq göstərirlər.

Mədə qurultusu aclığın ən böyük göstəricisidir. Enerji azlığı, əsəb, diqqət pozuntusu və ya baş ağrısı da bədəni qidalandırmaq lazım olduğunu bildirən digər göstəricilərdir. Qida qəbul etmək ehtiyacı hiss etdikdə bunun aclıq, yoxsa iştaha artması olduğunu bilmirsinizsə, yeməkdən əvvəl 15 dəqiqə gözləyin, diqqətinizi başqa yerə yönəldin.

Bir az vaxt keçdikdən sonra özünüzü necə hiss etdiyinizə baxın, həqiqətən acsınızsa, mədəniz siqnal verəcək. Və ya ən son yediyiniz yeməyin üstündən nə qədər vaxt keçdiyini özünüzə sual verin. Əgər çox vaxt keçməyibsə, deməli həqiqi aclıq hiss etmirsiniz. Əlbəttə ki, özünüzü ac hiss etmirsinizsə deməli yemək yeməməlisiniz kimi bir qayda mövcud deyil. Lakin, bunu alışqanlıq halına gətirmək, müəyyən müddət sonra ehtiyacınız olduğundan daha çox kalori almağınıza səbəb olacaq.

Çəkiyə nəzarətdə ən uğurlu nəticəni bədənin aclıq barədə siqnallarına qulaq verərək əldə edə bilərsiniz. Acdıqda, acından ölməyimizi gözləmədən yemək yeməliyik, çünki həddən artıq aclıq hiss etmək də, həddən artıq yemək istəyini doğurur. Aclıq hissi yox olduqda, yeməkdən əlinizi çəkməlisiniz. Doymaq yox, aclıq hissini yatırmaq kifayətdir.

Əgər doymaq hissinə vərdiş edibsinizsə, yemək zamanı kifayət qədər yeyib aclığınızı yatırsanız da, özünüzü hətta pis də hiss etsəniz, o hissə çatmaq üçün çalışırsınız. Bu isə bir müddət sonra aclıq hissi ilə qarışa bilər. Əsas odur ki, aclıq hissini üstələyəsiniz və həddi aşmayasınız. Həddən artıq yeməyin qarşısını almaq, toxluğu təmin etmək üçün tövsiyələr:

– Həddən artıq aclıq hiss etməmək üçün yemək vaxtlarınızı planlaşdırın. Hər 3-4 saatdan bir qidalanın.

– Yağsız proteinli qidalar yeyin. Yağsız ət, toyuq, balıq, yumurtanın ağı, yağsız süd məhsulları, tofu, paxlakimilər daha gec həzm olduqları üçün, insan özünü daha uzun müddət tox hiss edir.

– Səhər yeməyində proteinli qidalar yeyin. Səhər yeməyi zamanı protein qəbul etsəniz, özünüzü daha uzun müddət tox hiss edəcəksiniz.

– Protein qəbulunu 3 yemək vaxtı və yemək vaxtlarının arasında 1-2 yerə bölün. Proteinlə zəngin qəlyanaltılar, qoz-fındıq, qaynadılmış yumurta, yarım yağlı pendir, qatıq, soya südü və s.

– Glikemik indeksi aşağı olan qidalar seçin. Bu cür qidalar daha gec həzm olunaraq toxluq müddətini uzadırlar. Alma, portağal, şaftalı, armud, giləmeyvələr (böyürtkən, moruq, çiyələk və s.), tam taxıllı çörək, paxlakimilər, qara un, bulğur, yulaf, qatıq, süd, soya südü və s.

– Rasionunuza qreypfrutu əlavə edin. 12 həftə davam edən və artıq çəkidən əziyyət çəkən 91 nəfərin üzərində aparılmış bir tədqiqat, hər yemək zamanı yarım qreypfrut yeməyin çəki itirilməsi ilə nəticələndiyini göstərmişdir. Həmçinin qreypfurt insulin səviyyəsini aşağı salaraq aclığı dəf etməyə kömək edir.

– Yeməklərə ədviyyat qatın. Qırmızı istiotun tərkibindəki kapsaisin maddəsi aclıq hissini azaldır, kalori yanmasını sürətləndirir. Həyata keçirilən araşdırma zamanı məlum olmuşdur ki, yemək zamanı qırmızı istiot yemək, bu ədviyyatdan müntəzəm olaraq istifadə etməyənlərə nisbətən yağlı, duzlu və şirin qidalara qarşı oynana aclıq hissini azaltmışdır.

– Şəkərsiz saqqız çeynəyin. Aparılan bir araşdırmanın nəticələri göstərmişdir ki, səhərlər 1 saat saqqız çeynəmək günorta yeməyində daha az kalori alınmasını təmin edir. Bu da, saqqız çeynəməyin çənədə beyinlə əlaqəli olan, doyumluluq hissini tənzimləyən sinirləri tənzimləməsi ilə əlaqələndirilmişdir.

– Yemək yediyiniz müddəti uzadın. Beyinə toxluq barədə siqnal 20-ci dəqiqədə çatır. Bu səbəbdən, sürətlə yemək həddən artıq yemənizə səbəb olur. Hər dişləmdə çəngəl-bıçağı yerə qoyun, yeməyi yaxşı-yaxşı çeynəyin və su için. Ağzınızdakı tikə bitməmiş, ağzınıza yeni tikə qoymayın.

– Diqqətinizi yayındıran səbəbləri aradan qaldırın. Televizor qarşısında, kitab oxuya-oxuya və ya avtomobil sürə-sürə yemək, çox yeməyə səbəb olur. Yeməyi mətbəxdə və ya yemək otağında yeyin və ya diqqətinizi yalnız yeməyə yönəldin.

– Aclığınızı dəyərləndirin. Nə qədər ac və ya doymuş olduğunuzu yeməkdən əvvəl, yeməyin yarısına çatdıqda və yeməkdən sonra dəyərləndirin. Həddən artıq doymağınızı gözləməyin, aclıq hissiniz gedən kimi yeməyi dayandırmağa çalışın.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930