Qurani-Kərim erməni dilində tərcümə edildi
May 06
12:56
2015
1. 138 dəfə baxılıb
Ankara Universitetinin Dil, Tarix, Coğrafiya fakültəsinin erməni dili və mədəniyyəti ixtisası üzrə doktorantı Yavuz Aydın dünyada ilk dəfə Qurani-Kərimi erməni dilinə tərcümə edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, kitabın redaktoru Patrak Estukyan olub. 10 cild və 2500 səhifədən ibarət Quranın hazırlanması 3 il vaxt alıb.
Kitab Azərbaycan-Erməni Araşdırmaları Mərkəzi və Türkiyənin Ərciyəz Universitetinin ermənişünaslıq bölməsinin rəhbəri Qafar Çaxmaqlı ilə “AQOS” qəzetinin redaktoru Patrak Estukyan tərəfindən yoxlanılıb.
Qeyd edək ki, ermənicə Qurani-Kərimin ilk tirajı 4 min nüsxədir.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Qurani-Kərim Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 9-cu ayə)