Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Rayonlarda qarın hündürlüyü 41 sm olub

Yanvar 25
17:45 2016

Azərbaycanda qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, xəbər verildiyi kimi yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.

Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Sələf Xəbər: Uca Allah buyurur: “Göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin”. (Qurani-Kərim, “Ənfal” surəsi, 11-ci ayə)

İmam ibn Qudama (Allah ona rəhm etsin) demişdir: “Ərimiş qar və dolu suyu – təmiz və təmizləyicidir, çünki o göydən enir, həmçinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözləri də buna işarətdir: “Ey Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu”. (“al-Mugni”, 1/47)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930