Rusiya alimlərindən dünyanı heyrətə salacaq bir ilk – FOTO
1. 497 dəfə baxılıb
Təyyarələr 7 saat ərzində dünyanın istənilən nöqtəsinə çata biləcək.
Rusiya yaxın zamanlarda bəşəri ixtiralardan birinə imza ata bilər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, rusiyalı alimlər bir dəfəyə 7 min kilometr məsafə, saatda nə az nə çox, 2 min kilometrdən çox yol qətetmə qabiliyyətinə malik təyyarələr üzərində çalışır. “PAK TA” adı verilən layihə həyata keçərsə, Rusiya ordusunun tankları və ağır silahları 7 saat ərzində dünyanın istənilən nöqtəsinə çata biləcək.
RT-nin xəbərinə görə, 200 tona qədər ağırlıq daşıya biləcək yük təyyarələrindən 2024-ci ildən etibarən 80 ədəd istehsal ediləcək. Layihənin əsas məqsədi isə Rusiyanın yeni nəsil Armada tanklarının və digər ağır silahlarının bir təyyarə ilə sürətli şəkildə daşınmasını təmin etməkdir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)