Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

Saatlara 1 saniyə əlavə olunur

İyun 22
14:31 2015

Yer kürəsinin Günəş ətrafında hərəkət sürətinin yavaşlaması səbəbiylə saatlara 1 saniyə əlavə olunacaq.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, astronomların tövsiyəsi ilə iyun ayının 30-da “Dünya saatlarına” 1 saniyə əlavə olunacaq. İyun ayının 30-dan iyulun 1-nə keçən gecə saatlar 23:59:59-da iki dəfə “vuracaq”.

Beləcə, dünya saatına 1 saniyə əlavə olunaraq, Yer kürəsinin yavaşlamasının yol açdığı gün və mövsüm sürüşməsi üzündən yaranan “müddət çatışmazlığı” bərpa olunacaq.

Ancaq saatlara 1 saniyə əlavə edilməsi informasiya – kommunikasiya mütəxəssislərini narahat edir. Mütəxəssislərin fikrincə, əlavə 1 saniyə bir çox texnoloji sistemlərin sıradan çıxmasına səbəb ola bilər. Çünki saatlar 23:59:59-da bir saniyə yerinə iki saniyə vurduqda çox sayda kompyuter sistemi bunu bir qəza olaraq qəbul edib dayana bilər.

Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 12-ci ayə)

“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay, həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir, onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930