Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Sabah Ay tutulacaq

Aprel 03
16:32 2015

Aprelin 4-də 2015-ci ildə ilk Ay tutulması baş verəcək.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, ilk Ay tutulması zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək. Tutulma saat 15:17-də başlayacaq, 17:02-də maksimum olacaq, 18:45-də isə başa çatacaq. 3 saat 28 dəqiqə ərzində davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək.

Qeyd edək ki, tünd qırmızı tonlar hava mühiti amili olan Releyin yayılması nəticəsində yaranır, həmçinin qürubun qırmızımtıl rənginə səbəb olur. Tutulma zamanı Ayın boyandığı tünd qırmızı rəngə görə bəzən onu “qanlı” adlandırırlar.

Bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-nə, ilk Ay tutulması aprelin 4-nə, növbəti Ay tutulması isə sentyabrın 28-nə təsadüf edəcək.

Sələf Xəbər: Rəvayət edilir ki, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Abdullah ibn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: “Peyğəmbərin zamanında günəş tutuldu və o (Allahın ona salavat və salamı olsun) namaz qıldırdı. Əvvəl qiyamı o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki dəfə) səcdə qıldı, sonra (salamları verib) namazı bitirdi. Artıq günəşin üzü açılmışdı. Bundan sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allahı zikr edin!” (Əl-Buxari)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930