Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Sabah Bakıda güclü külək əsəcək – İnşəAllah – XƏBƏRDARLIQ

Aprel 20
17:29 2017

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Selefxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Xəbərdarlığa görə, aprelin 22-də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.

Sələf Xəbər: Külək əsərkən bu duanı oxumaq lazımdır:

“Allahummə inniy əs’əlukə xayrahə və əuzu bikə min şərrihə.”
«Allahım! Səndən onun (küləyin) xeyri­ni diləyirəm və onun şərindən Sənə sığını­ram!»

“Allahummə inniy əs’əlukə xayrahə və xayra mə fiyhə və xayra mə ursilət bihi, və əuzu bikə min şərrihə və şərri mə fiyhə və şərri mə ursilət bihi.”
«Allahım! Səndən onun (küləyin) xeyri­ni, onda olanın xeyrini və onunla birlikdə gön­dərilənin xeyrini diləyirəm! Onun şərindən, onda olanın şərindən və onunla birlikdə göndə­rilənin şərindən Sənə sığınıram!»

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930