Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Sabah havanın kəskin dəyişəcəyi, qar yağacağı, çovğun olacağı ehtimal olunur – HAVA PROQNOZU

Dekabr 13
16:12 2016

Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib

Dekabrın 14-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var.

Temperaturun anomal gedişi gözlənilir: Abşeron yarımadasında gecə və səhər 5-7, gündüz 1-4 dərəcə isti, Bakıda gecə və səhər 5-7, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edir. Belə ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji xəbərdarlığa görə, dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Sabah şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə və gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Nazirlik xəbərdarlıq edir ki, dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yollar buz bağlayacaq.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930