Saçlara fayda verən 7 qida
1. 058 dəfə baxılıb
Saçlarınızın tökülməsinin qarşısını ala bilmirsinizsə, qidalanmanıza fikir verməlisiniz.
Saçların tökülməsinə qarşı bir çox şampunlar, kimyəvi vasitələr hazırlansa da, bəzən bunlar kömək etmir. Hətta, bəzən belə vasitələr əks təsir də göstərə bilər.
Əgər saçlarınızın tökülməsinin qarşısını ala bilmirsinizsə, qidalanmanıza diqqət etməlisiniz. Çünki bəzi qidalar saçların tökülməsinə qarşı olduqca faydalıdır.
“Sələf Xəbər” Milli.Az-a istinadən həmin faydalı qidaları oxuculara təqdim edir:
Zeytun yağı E vitamini ilə çox zəngindir. E vitamini saçları qoruyan və qalınlaşmasına kömək edən antioksidantdır. Bundan başqa, hüceyrələrin sağlam inkişaf etməsi üçün də çox əhəmiyyətlidir. Cildi nəmləndirir və yumşaq olmasına kömək edir. Zeytun yağı saç kökünü nəmləndirir və qırılmağa qoymur.
Quru yemişin tərkibindəki omeqa 3 yağının turşusu saçların sağlamlığını qoruyur, sink isə saçların tökülməsinin qarşısını alır.
Soya (lobya) da E vitamini ilə zəngin olan qidalardandır. Bundan başqa soyanın tərkibində bol miqdarda dəmir də var ki, bu da qandakı hemoqlobini artırır. Bu isə öz növbəsində qan dövranının yaxşılaşmasına kömək edir. Çünki qan dövranı zəif olarsa, saçların qidalanmasında, bununla da uzanmasında da problemlər yaranır, saçlar qırılır.
Yer kökü gözlərdən başqa, saçlara da çox xeyirlidir. Tərkibindəki A vitamini saçların sağlam və parlaq görünməsinə kömək edən yağların istehsalına kömək edir.
Taxıldakı B7 vitamini saçların tökülməsinin və rənginin solmasının qarşısını alır. Buna görə də tərkibində çoxlu taxıl olan qidalar da saçlar üçün olduqca faydalıdır.
İspanaqda olan B9 vitamininin də saçların sağlam olması üçün çox böyük əhəmiyyəti var.
İstridyə (dəniz ilbizi) də sinklə olduqca zəngindir. Sink isə güclü antioksidandır və saçları qoruyur.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)