Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Sadə qan təhlili infarktı 2 həftə əvvəldən proqnozlaşdıracaq

Noyabr 17
13:19 2014

“Sələf Xəbər” “Komsomolskaya Pravda” qəzetinə istinadən xəbər verir ki, kardioloqlar ürəyi xilas etməyə kömək edəcək unikal test işləyib hazırlayıblar.

Daxildən qan damarlarımız xüsusi hüceyrələrlə – endotellərlə örtülüb. Və sən demə, bu hüceyrələr yaxınlaşan miokard infarktı barədə xəbər verə bilər. Bu barədə Kaliforniyanın Skripps araşdırmalar institutunda (araşdırma Science Translational Medicine jurnalında dərc edilib) çalışan amerikalı alimlər iddia edir.

Onlar bəyan edib ki, əgər xəstənin qanında endotellərin laylanmış hüceyrələri aşkarlanarsa, bu yaxınlarda baş verə biləcək miokard infarktı riski barədə siqnal verir. Araşdırma zamanı yeni texnologiya vasitəsilə 50 xəstənin qan nümunələri işlənib.

Müayinədən keçirilmiş bütün xəstələr xəstəxanaya sinədə ağrılar barədə şikayətlərlə daxil olublar. Bu ağrılar isə ürək tutmasının əsas kliniki əlaməti hesab edilir. Bu qrup xəstələrin orta yaşı 58, 5 yaş olub. Müqayisə üçün alimlər yoxlama qrupundakı xəstələrdən yaşca kiçik 44 könüllü xəstəni, həmçinin 50 yaşdan yuxarı 10 xəstəni seçiblər. Araşdırmanın nəticələri göstərib ki, ürək xəstələrinin qanında dövr edən endotel hüceyrələrinin sayı, təcrübənin sağlam iştirakçılarının qanındakı hüceyrələrinin sayından 4 dəfə çox olub.

Lakin sağlam insanların qanında aşkarlanmış endotel hüceyrələr deformasiyaya uğramayıb. Araşdırmanın müəllifləri hesab edir ki, infarktdan təqribən 2 həftə əvvəl çoxlu sayda endotel hüceyrələr damarların daxili divarlarından qopmağa başlayır. Lakin bu, gələcək araşdırmaların həyata keçirilməsini tələb edən bir fərziyyədir. Bu fərziyyə təsdiq olunarsa, diaqnostik kardiologiyada inqilaba səbəb olacaq.

Təsəvvür edin ki, insan sadəcə qan təhlili verir və az qala ürək tutmasının baş verə biləcəyi günü dəqiqliklə öyrənir. “Ehtiyat igidin yaraşığır” – kəlamı hər kəsə məlumdur. 50% hallarda yaxınlaşan infarktın heç bir zahiri əlamətinin olmadığını nəzərə alsaq, bu yolla xeyli sayda ürək xəstələrini xilas etmək olar. Bu gün həkimlər kimdə və nə vaxt ürək tutması baş verəcəyini proqnozlaşdıra bilmirlər.

Bu hələ ki, fantastika kimi səslənir. Yalnız risq qrupu yaxşı məlumdur. Bu qrupa isə aşağıdakılar daxildir:
– yüksək qan təzyiqi olan insanlar;
– qanında xolesterinin səviyyəsi yüksək olanlar;
– siqaret çəkənlər, şəkərli diabet xəstələri;
– artıq çəkiyə malik olanlar;
– az hərəkətli həyat tərzi sürən insanlar.

Mütəxəssis rəyi

Tibb elmləri namizədi, kardiologiya üzrə professor, MDTSU-nun təcili yardım kafedrasının müdiri, “Yüksək texnologiyalı tibbi yardım üzrə federal agentliyin Rusiya kardioloji elmi-istehsal kompleksi” federal dövlət idarəsinin şöbə müdiri Sergey Tereşenko bildirir: “Əlbəttə ki, belə bir test bütün kliniki sınaqlardan keçərək işlənib hazırlansa, bu diaqnostikada inqilaba səbəb olar. Lakin qorxuram ki, bu test sağlam, yəni infarktın qəfil baş verdiyi ürək xəstələri olmayan insanlar üçün az informativ olacaq. Hər iki həftədən bir qan təhlilini kim verəcək?! Lakin qeyri-stabil stenokardiya, kəskin koronar sindromundan əziyyət çəkən, yəni infarkt risqi altında olan insanlar üçün endotel hüceyrələri təhlilini vermək həqiqətən də, o insanların həyatını xilas edə bilər”.

Praktikada proqnostik test hələ ki tətbiq olunmur. Lakin inkişaf edən infarkt zamanı ürəyin (zədəli kardiomiositlərin) zədələnmə dərəcəsini göstərən qan təhlili mövcuddur.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır” (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1).

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031