Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Şagirdlər VII sinif üzrə dərslikləri elektron formada əldə edəcək

Noyabr 24
18:17 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər.

Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16 591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir.

Portaldan daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10 242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb.

Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

“Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

May 2019
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031