“Samsung” qatlanan telefon istehsal edəcək
953 dəfə baxılıb
Cənubi Koreyanın telekommunikasiya nəhəngi “Samsung”un qatlanan smartfon buraxmaq üçün patent aldığı bəlli olub.
“Sələf Xəbər”in İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, “Samsung”un qatlanan ekrana sahib telefon istehsal etmək niyyəti daha əvvəl də məlum idi. Qısa müddət öncə şirkətin “Project Valley” kod adı ilə qatlanan ekranlı telefon layihəsi hazırladığı barədə söz-söhbət yayılmışdı. “Samsung”un rəhbərlərindən olan Li Çanq Hun (Lee Chang Hoon) ötən il bu tip telefonlar buraxa biləcəklərini açıqlamışdı. Amma yeni ortaya çıxan patent şirkətin niyyətinin ciddi olduğunu göstərib.
Patentin təsvirlərində cüt ekrana sahib, kitab kimi açılıb-bağlanan telefon görünür. Təsvirlərdə telefonun necə açılıb-bağlanacağı da əksini tapıb.
“Samsung”un təsvirlərdəkinə bənzər cihazı “Note” seriyasının yeni üzvü kimi buraxması gözlənilir. Bunun “Note 5”dən sonrakı model olacağı təxmin edilir.