Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Samsung telefonu bədəndəki yağları ölçəcək

İyul 15
17:44 2015

Samsung hər yeni modelində öz istifadəçilərinə sağlam həyat tərzi üçün bir sıra xüsusiyyətləri təqdim etməkdə davam edir. Smartfona yürüş zamanı atılan addımların sürətini, sayını, nəbzi, itirilən kalorini ölçmək, təlim müddətini hesablamağa imkan verən xüsusiyyətlərlə yanaşı, daha bir yenisi əlavə olunacaq.

“Sələf Xəbər” Türkiyə mediasına istinadən bildirir ki, indi də Samsung smartfonlarına bədəndəki yağ faizini ölçə bilən yeni sistem tətbiq olunacağı gözlənilir.

Samsungun yeni patentindəki şəkillərinə baxıldığı zaman, əlavə bir örtüyün arxasında yer alan bir sıra elektrodlar sayəsində bədəndəki ümumi yağlanılma nisbəti ölçülə biləcək. Bu yeni xüsusiyyət sayəsində orqanizmdəki yağ nisbətinin miqdarını öyrənmiş olan Samsung istifadəçiləri yağ tükətiminə nəzarət edərək özlərini piylənmədən qoruya biləcəklər.

Yeni sistemlə əlaqədar hal-hazırda testlər aparılsa da patentin nə zaman həyata keçiriləcəyi vaxt barədə hələki dəqiq məlumat yoxdur.

📷

samsung-body-fat-patent-640x446

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031