Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Samsung” üçtərəfli displeyi olan smartfon istehsal edir

Avqust 12
14:45 2014

“ICTnews” xəbər xidmətinin “www.ferra.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Samsung” şirkəti üçtərəfli “Samsung Youm” displeyli smartfonun məhdud sayda istehsalına başlayıb.

Ehtimal edilir ki, qeyri-adi displeyə malik bu aparat bu ilin sentyabr ayında təqdim ediləcək yeni “Galaxy Note 4”-ün modifikasiyalarından biri olacaq.

“Samsung”un mütəxəssisləri hesab edirlər ki, bu cür displey smartfonun üzlüyünü böyüdəcək və bir sıra əlavə imkanlar yaradacaq. Smartfonu tələb olunan formaya salmaq üçün plastik əsasdan istifadə etmək lazım olacaq, bu da gündəlik həyatda o qədər rahat deyil.

Məhz buna görə də model məhdud sayda istehsal ediləcək və ilkin mərhələdə “Samsung”un vətənində satılacaq, bir müddət sonra isə onun “Galaxy S4 LTE-A” kimi artıq dünya bazarına çıxarılması mümkün ola bilər.

Digər xəbərlər

ARXİV

Aprel 2023
M T W T F S S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930