“Samsung” yeni cihazlarını satışa çıxarır
1. 004 dəfə baxılıb
“Samsung” şirkəti yeni mobil telefonlarını təqdim edib.
“Sələf Xəbər” “A24.az” istinadən məlumat verir ki, “Galaxy S6″ və “Galaxy S6 Edge” adlı yeni cihazları ilk dəfə sərgilənib. Bu telefonlar Barselonada keçirilən Mobil Dünya Konqresində tanıdılıb.
“Samsung” şirkətinin yeni cihazı “Galaxy S6″ 4 nüvəlidir və prosessorun sürəti 1,3 GHz-dir. “Galaxy S6″nın arxa kamerası 20 meqapiksel çəkiliş gücündədir. Ön kamera isə 5 meqapiksellə təchiz edilib.
Yeni cihaz üçün istifadə edilən metal dizayna görə 50% daha güclüdür. Enerji sərfiyyatı “Exynos 7420″dir və bu göstərici digər telefondan, təxminən, 3 dəfə çoxdur. Telefon “Samsung”un indiyə kimi istehsal etdiyi ən güclü cihazdır.
Yeni cihazlar 32, 64 və 128 GB-lıq yaddaşa sahibdir. Mobil qurğu 10 aprel tarixində satışa çıxarılacaq. Telefonun qiyməti 650 dollar olacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)