“Samsunq”un fantastik gəlirləri açıqlanıb
Oktyabr 12
16:25
2015
762 dəfə baxılıb
Koreyanın “Samsunq” şirkəti “Əpl” sayəsində milyardlar qazanmaqda davam edir.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, şirkət iyul–sentyabr ayları ərzində fəaliyyətini açıqlayıb. Gəlirlərini bir il əvvəlki dövrlə müqayisədə 80 faiz artıran şirkət 3 ay ərzində 6,3 milyard dollar qazanıb.
Şirkətin belə fantastik gəlir əldə etməsinə səbəb “Əpl” şirkəti üçün istehsal etdiyi A9 mikro sxemidir. Analitiklərin fikrincə, Ayfon 6S və Ayfon 6S Plus satışları “Samsunq”a, təxminən 3 milyard dollar gəlir gətirib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)