Şaxtalı günlərdə qripdən ən yaxşı müdafiə üsulu
1. 119 dəfə baxılıb
Soyuq günlərdə qrip xəstəliyindən ən yaxşı müdafiə üsulu sadə gigiyena qaydalarına əməl etməkdir.
“Sələf Xəbər”-in Milli.Az-a istinadən məlumatına görə, həkimlər soyuq havalarda gəzən viruslardan qorunmaq üçün əlləri tez-tez yumağı məsləhət görürlər. Çünki qrip virusu tək hava-damcı yolu ilə deyil, həm də əl təması zamanı keçir. Bu səbəbdən də gigiyena qaydalarına riayət etmək vacibdir.
Bundan başqa, qripə qarşı zamanında peyvəndlər də vacibdir. Ancaq bunu artıq xəstəliyə tutulduqdan sonra etmək tövsiyə edilmir. Çünki virusun bədəndən çəkilməsi üçün on gün vaxt keçməlidir.
Qış fəslində insanlar daha çox qripə yoluxurlar. Ancaq bu il ölkəmizdə qripə yoluxma səviyyəsi ötən illə müqayisədə azalıb.
Bu arada britaniyalı alimlər insanların nəyə görə qış fəslində daha çox qrip virusuna yoluxmaqlarının səbəbini tapıblar. Məlum olub ki, soyuq havalarda insan orqanizminin bu tipli viruslara qarşı müqaviməti azalır. Normal havalarda isə orqanizm qrip virusunu zərərsizləşdirə də bilir.