Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Şəkər kokaindən 8 dəfə daha çox asılılıq yaradır

Fevral 28
20:13 2015

“Sələf Xəbər” abc13.com saytına istinadən, şəkərin kokaindən 8 dəfə daha çox asılılıq yaratmasına dair məqaləni təqdim edir:

Əvvəllər aparılmış araşdırma nəticəsində qeyri-sağlam qidalardan asılılığın narkotik maddələrdən asılılığa bənzədiyi üzə çıxarılmışdı. İndi isə alimlər iddia edir ki, şəkər kokaindən 8 dəfə daha çox asılılıq yaradır.

Sinay Dağı Aykan Tibb Məktəbinin professoru Doktor Nikol Avena bildirir ki, sadəcə bir dilimindəki gizli şəkər səbəbi ilə ən çox asılılıq yaradan qida pitsadır. Məsələn, pitsaya vurulan pomidor sousunun tərkibində bir neçə Oreo qurabiyəsindən daha çox şəkər ola bilər. Digər həddən artıq asılılıq yaradan qidalar çipslər, qurabiyələr və dondurmadır. Ən az asılılıq yaradan qida xiyardır. Bu sırada ikinci və üçüncü yerdə yerkökü və paxlalı bitkilər durur. Doktor Avena araşdırmalar nəticəsində bəzi qidalara qarşı münasibətin asılılıq ülgülərini eynilə əks etdirdiyinin məlum olduğunu bildirib. Ən çox asılılıq yaradan qidalar qlikemik indeksi ən yüksək olan qidalardır.

“Bəzi araşdırmalar nəticəsində məlum olub ki, çox ləzzətli, çox emal olunmuş qidaların beyində səbəb olduğu davranışlar və dəyişikliklər eynilə narkotik maddələr və spirtli içkilərə asılılıq diaqnozunun müəyyən edilməsi zamanı baş verən dəyişikliklərdir”, – Avena bildirib.

Kardioloq Doktor Ceyms Okefi bildirir ki, şəkər ürək-damar, qaraciyər xəstəliklərinə, yüksək qan təzyiqi, ikinci dərəcəli şəkər xəstəliyi, piylənmə və Alsheymer xəstəliklərinə səbəb olur. Okefi deyib: “Biz emal edilmiş qidaların tərkibində buğda unu və şəkəri qəbul etdikdə, qanda şəkərin, daha sonra isə insulinin səviyyəsi qalxır. Bu isə sizin qarın piyi yığmağınıza və daha çox şəkərli qidalar və nişastalı qeyri-sağlam qidalara tələbatınızın əmələ gəlməsinə səbəb olan hormonal nasazlıqlar yaradır” .

Okefinin sözlərinə əsasən, şəkər asılılığından qurtulmaq üçün 6 həftə tələb oluna bilər və insan narkotik asılılıqdan əziyyət çəkən insanlar kimi o qidalara qarşı güclü meyl hiss edir. Lakin o deyir ki, çoxsaylı faydaları səbəbilə bu əziyyətlərə dözməyə dəyər. “Qan təzyiqi düşür, şəkər xəstəliyi aradan qalxır, piylənmədən qurtulursunuz, üzünüzün rəngi açılır, yuxunuz yaxşılaşır. Bu, həqiqətən də, möhtəşəm nəticədir”, – deyə Okefi vurğulayıb.

Bəs, o zaman nə yeyək?
Okefi “əsaslara qayıtmağı” tövsiyə edir: “Çoxlu tərəvəz, meyvə, qoz-fındıq, giləmeyvə, balıq, toyuğun döş ətini yeyin və sulardan mineral sular için. Sizə deyim ki, o insanlar xoşbəxt deyil. Taxıllı səhər yeməklərindən, Pop Tarts qurabiyələrindən və krekerlərdən qurtulmaq lazımdır”.

 Sələf Xəbər: 00İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.000000

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930