Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Sensor ekranlı geyimlər gəlir – YENİLİK

İyun 09
16:06 2015

“Google” şirkətinin nümayəndələri yaxın zamanda dünyada ilk sensorlu geyim olan “Project Jacquard”ı təqdim edəcəklər. İdeya olduqca sadədir – parçaya geyimi yüksək texnologiyalı qurğuya çevirən keçirici saplar daxil ediləcək.

“Sələf Xəbər”in AZƏRTAC- a istinadən məlumatına görə, layihə müəllifləri iddia edirlər ki, keçirici saplar incə olsa da, kifayət qədər möhkəmdir. Bu sapları istənilən növ geyimə toxumaq mümkündür.

Bu kimi texnologiyaları gələcəyin “ağıllı ev” sisteminə tətbiq edərək evdəki bütün elektron qurğuları geyimin köməyi ilə distant yolla idarə etmək mümkün olacaq.

Mühəndislər texnologiyanın prototipini təcrübi olaraq nümayiş etdiriblər. “Jacquard”ın keçirici salfetləri “Philips Hue” lampalarını idarə etməyə imkan verib.

Korporasiya nümayəndələri ümid edirlər ki, gələcəkdə geyim vasitəsilə elektron qurğuları idarə etmək daha sadə və intuitiv, o cümlədən sensorlu parçaların həssaslığı noutbukların “touchpad”ləri və ya planşetlərin ekranlarına nisbətən on dəfələrlə yüksək olacaq.

Hazırda “Google” istehsalçı və dizaynerlərlə əməkdaşlığa başlayır. Layihə rəhbərliyi yeni ideyalara açıqdır.

📷

Project Jacquard-1200-80

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930