Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında sürücüsüz qatarların işləyəcəyi metro tikilir

May 25
17:31 2017

Səudiyyə Ərəbistanı Krallığında sürücüsüz qatarlardan ibarət olan ictimai nəqliyyat şəbəkəsi inşa ediləcək. 22 milyard dollar dəyərində qiymətləndirilən sürücüsüz qatarlardan ibarət paytaxt metrosu layihəsində işlərin yarısı artıq tamamlanıb. Xatırladaq ki, əhalisi 6 milyon olan paytaxt Ər-Riyad şəhərində hələ də vahid ictimai nəqliyyat sistem yoxdur. Bu layihənin həyata keçirilməsi üçün Səudiyyə hökuməti tərəfindən dünyanın müxtəlif yerlərindən bir sıra şirkətlər cəlb edilib.

Selefxeber.az -ın “capress.org“a istinadən xəbərinə görə, yeni nəqliyyat şəbəkəsi 85 stansiya və 176 kilometr uzunluğunda yeraltı metro xətlərindən ibarət olacaq. Tikinti başa çatdıqdan sonra isə saatda 144 kilometr sürətlə hərəkət edən pilotsuz “Siemens” elektrik qatarları xəttə buraxılacaq.

Ər-Riyadın yeni nəqliyyat şəbəkəsi yalnız qeyri-adi memarlıq üslubuna görə yox, həm də qızıl işləmələrinin istifadə olunacağı unikal interyerə malik stansiyası ilə fərqlənəcək. “Qızıl Stansiya” işığı özündən buraxa bilən tavan və qeyri-adi kondisioner sistemi ilə təchiz olunacaq.

Bundan əlavə, 2017-ci ilin sonuna kimi Məkkə və Mədinə şəhərləri üzrə sürət qatarlarının hərəkət edəcəyi dəmiryolu xətti də istismara veriləcək.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930