Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

SIM kartlar ləğv olunacaq?

Noyabr 04
18:30 2015

SIM kartlar tarix olur.

Bank kartlarının üzərində yer alan Security Elements çipinin cib telefonlarına daxil edilməsi ilə, rəqəmsal sahədə inqilabi dəyişikliklər baş verəcək. Hər şeydən əvvəl SIM kartlar ortadan qalxacaq.

Bank kartlarının üzərində yer alan və içərisində şəxsi məlumatların yerləşdiyi çiplər mobil telefonlara gəlir. Cib telefonlarının içərisində gələcək Security Elements-lə kredit kartı, SIM kartlar və şəxsiyyət vəsiqələri tarix olacaq.

Bu sahədə ilk addımı ötən il Apple atmışdı. iPad Air 2 modelində kompakt SIM kartlarını istifadə edən Apple, iPhone 7 ilə Security Elements çiplərini cib telefonlarına gətirməyi hazırlaşır.

“Sələf Xəbər” XəzərXəbərə istinadən bildirir ki, Security Elements-in cib telefonlarına daxil olması ilə rəqəmsal sahədə inqilabi dəyişikliklər baş verəcək. Hər şeydən əvvəl SIM kartlar ortadan qalxacaq.

GSM operatorları baza stansiyaları vasitəsilə, abunəçilərinin telefonlarının içərisinə yerləşdirilmiş bu çip ilə işləyəcək. Bunun üçün sadəcə kiçik bir applikasiyanı (proqramı) telefona yükləmək yetərli olacaq.

2016-cı il ərzində satışına başlanacaq çipli şəxsiyyət vəsiqələri də Security Elements ilə cib telefonlarına girəcək. Ancaq bunun üçün dövlətin iradəsi lazımdır. Barmaq izi kimi məlumatlar da çipin içərisinə yüklənəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031