Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Şimal bölgəmizdə yeni aeroport tikiləcək

Mart 01
17:15 2016

Şimal bölgəsində Nabran istirahət zonası, qış-yay turizm kompleksi kimi turist cəlb edən yerlərin olmasi burada aeroprt tikilməsini aktuallaşdırıb.

“Sələf Xəbər”in Ölkə.Az-a istinadən məlumatına görə, hazırda tiknitisi aparılmasa da hava limanının ərazisi Quba rayonunda 600 hektar kənd sakinlərinə məxsus bağ və əkin sahələrini əhatə edir.

Bir middətdir ki, qubada tikilməsi gündəmdə olan aeroportun inşa olunacağı yer bəllidir. Hava limanı üçün nəzərdə tutulan yerin bir hissəsi kəndlilərin bağ və əkin sahələrinə düşür.

Daha dəqiq desək, rayonun Davudoba, Hacıqayıb, Ərməkiqışlaq Dəlləkli, Ağbil və Vladimirovka kəndlərinin təxminən 600 hektarlıq hissəsi plana düşüb. Rayon icra hakimiyyətindən bildirilib ki, tikinti hələki dayanıb. Əgər dövlət planına əsasən işlər davam etsə, bu sakinlərlə razılaşdırılaraq həyata keçiriləcək.

Ötən il tikinti üçün ilkin addımlar atılıb. Dəqiq ərazilər müəyyənləşib və bəzi yerlərə beton tökülüb. Sakinlər də aeroportun bölgə üçün böyük fayda gətirəcəyi fikrindədirlər.

Bölgədə Nabran istirahət zonası, qış-yay turizm kompleksi kimi turist cəlb edən yerlərin olması burada aeroportun tikilməsini aktuallaşdırıb.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

İyun 2022
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
27282930