Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Siqaret və içki aludəçiləri niyə az yaşayır?

Oktyabr 21
16:07 2014

“Sələf Xəbər” www.kp.ru saytına istinadən bildirir ki, İngiltərədə nəşr olunan The Daily Mail qəzetinin siqaret və içki düşkünlərinin ömür müddəti barədə yaydığı məlumatlar hər kəsi şoka salıb.

ABŞ, İngiltərə və digər ölkələrin rəsmi göstəricilərindən istifadə edən alimlər hesablayıblar ki: 1 siqaret insanın ömründən 13, 8 dəqiqə, 1 doza kokain 5,1 saat, 1 porsiya* spirtli içki 6,6 saat, 1 doza metamfetamin 11,1 saat, 1 doza metadon** 12,6 saat, 1 doza heroin 22,8 saat kəsir.

Kimsə deyə bilər ki, “hə noolsun ki? 13 dəqiqə nədir ki? Əsas odur ki, indi yaşayırıq və həzz alırıq”. Lakin, alimlər bildirir ki, nəticədə ömürdən illər və on illər itirilir.

Orta statistik siqaret aludəçisi 17,8 yaşında müntəzəm olaraq siqaret çəkməyə başlayır. Gündə 20 ədəd siqaret çəkir və 68, 7 yaşda vəfat edir. Tütün onun ömrünün 10 ilini “yandırır”. Tipik əyyaş 16 yaşda müntəzəm olaraq içki içməyə başlayır. Orta hesabla gündə 2, 14 porsiya içir. 55,6 yaşda vəfad edir. Həyatının 23,1 ili puç olur!

Orta statistik kokain aludəçisi 20 yaşında müntəzəm olaraq narkotik maddələrdən istifadə etməyə başlayır. 44, 5 yaşda vəfat edir. Ömrünün 34, 5 ilini itirir.

Gənclər heroinə adətən 23 yaşında aludə olur, 37, 5 yaşda vəfat edirlər. Beləliklə ömürlərinin 42 ilinin üstündən xətt çəkirlər!

Metamfetaminin istifadəsinə 19,7 yaşda başlayırlar, 36, 8 yaşda ölürlər. 41, 9 il puç olur. Bu, ömrün yarısından da çox deməkdir! Metadon aludəçiliyi 22,3 yaşda başlayır, aludəçilər 40,5 yaşda vəfat edirlər. Ömürdən 38, 2 il itirilir.

*Spirtli içkilərin standart porsiyası – 13,7 qram təmiz spirtdən ibarətdir. Bu, 360 qram pivə, 150 qram çaxır, 45 qram araq, cin, rom və viskiyə bərabərdir.
** Metadon – opoidlər qrupundan sintetik dərman preparatıdır. Bir çox ölkələrdə “ağır narkotik maddələrin” asılılığından qurtulmaq üçün istifadə olunur. Xüsusi əvəzedici “metadon proqramı” ciddi həkim nəzarəti altındadır. Bu dərman preparatı Rusiyada qadağan olunub.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?” (Müqəddəs Quran, “Maidə” surəsi, 90-91-ci ayələr).

“Uca Allah bu yaramaz əməllərin qüsurlu olmasını ifşa edir və onları murdar və şeytan əməlləri adlandırır. İnsanlar uğur əldə etmək üçün onlardan uzaq qaçmalıdırlar. Çünki onlar Allahın qadağan etdiklərini törətməkdən əl çəkmədən ona nail ola bilməyəcəklər. Bu, ayədə xüsusilə xatırlanan mənfur əməllərə aiddir.

Onlardan birincisi – sərxoşedici içkilərdən istifadə edilməsidir. Bunlara insanı mühakimə yürütməkdən məhrum edən, onu kefləndirən və ya beynini dumanlandırıb məst edən hər hansı bir şey aid edilir.

Onlardan ikincisi – qumar oyunlarıdır. Buraya aid olanlar – hər hansı mərc gəlmələr, tərəflərin öz üzərinə öhdəlik götürməsi ilə bağlı olan mübahisə və yarışlardır. Üçüncüsü isə, Allaha ibadət etmək əvəzinə, hər hansı bütlərə, heykəllərə sitayiş etməkdir, dördüncüsü – oxlarla fala baxmaqdır. (Buraya həmçinin hər hansı əşyaların vasitəsi ilə fala baxmağı da aid etmək olar. F.S.).

Allah bu əməlləri qadağan etmiş, qullarına onlardan çəkinməyi əmr etmiş, onların verdikləri zərər haqqında bildirmiş və insanların onlardan uzaq durmalı olduqlarını buyurmuşdur.

Birincisi, bu əməllər pis və natəmizdir. Onları sezib duymaq mümkün deyil, çünki onlar fiziki deyil, mənəvi cəhətdən çirkindir. Buna baxmayaraq, insanlar istənilən haramdan qaçınmalıdırlar ki, onunla murdarlanmasınlar.

İkincisi, onlar bəşəriyyətin qatı düşməni olan şeytanın əməllərinə xas olanlardır. Yaxşı məlumdur ki, düşmənlərin fitnə və əməllərindən ehtiyat edərək, xüsusilə, onlar öz əməlləri ilə insanı tələyə salmağa cəhd göstərdikdə, onlardan qorunmaq lazımdır. Belə bir tələnin məhvedici ola biləcəyinə görə, ağıllı insan özünün açıq düşməninin əməllərindən uzaq olmalı, qorunmalı və ehtiyat etməlidir.

Üçüncüsü, qul bu əməllərdən çəkinmədikcə, uğur qazana bilməz. Müvəffəqiyyət – arzu ediləni əldə etmək və xoşagəlməz şeydən xilas olmaqdır. Sadalanan bu dörd əməlin hər biri nailiyyətə doğru yolda maneədir.

Dördüncüsü, onlar insanlar arasında düşmənçilik və ədavət törədirlər və buna görə şeytan o əməllərin yayılması üçün əlindən gələn hər şeyi edir. Xüsusilə, bu, sərxoşedici içkilərin istifadə edilməsinə və qumar oyunlarına aiddir, çünki onlar hətta möminlər arasında da düşmənçilik və ədavət yaymağa qabildir.

Beşincisi, sərxoşedici içkilər insanı aydın mühakimə yürütməkdən məhrum edir və onda iman sahibi olan qardaşlarına qarşı nifrət oyadır, adətən, şərab içilən əlverişsiz hallarda isə, iş gedib qətlə qədər çıxır. Qumar
oyunları zamanı insanlar bir-birini qabaqlamaq, başqasının malını, ona heç bir xidmət göstərmədən, əlinə keçirməyə can atır ki, bu da düşmənçiliyin və ədavətin baş verməsinə səbəb olan amillərə aiddir.

Altıncısı, bu əməllər üzündən insan qəlbi və bədəni ilə Allahı zikr etməkdən və namaz qılmaqdan uzaqlaşır. Halbuki, Allah qullarını Onu xatırlamaq və namaz qılmaq üçün xəlq etmişdir və sonuncular insanların səadətinin rəhnidir. Çaxır içmək və qumar oynamaq insanı hər şeydən daha güclü surətdə Allahı yada salmaqdan yayındırır və onu o dərəcədə aludə edir ki, insan nə qədər çox vaxt keçməsindən xəbərdar olmur.

İnsanı çirkaba salan və şeytanın əməllərinə aid olan günahlardan daha dəhşətli və daha yaramaz nə ola bilər ki, onu toruna ilişməyə və, heyvan öz çobanına tabe olduğu kimi, özünə itaət etməyə məcbur edir və insana uğur qazanmağa mane olur, möminlər arasında düşmənçilik və ədavət yaradır və onları Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırır?! Bunlardan ağır nəticələr verə bilən, ümumiyyətlə, daha nə ola bilər?!

Bunu nəzərə alaraq, Uca Allah dərrakəli insanlara bu günahları törətməyi qadağan edərək buyurmuşdur ki, onlardan özləri boyun qaçırsınlar. Bunun səbəbləri ondadır ki, əgər dərrakəli insan belə əməllərin pis nəticələri üzərində düşünərsə, heç kimdən öyüd-nəsihət və qəti xəbərdarlıqlar gözləmədən hökmən onlardan imtina edər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031