Siqaretlə mübarizə üçün beynəlxalq çağırış
1. 015 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, Əbu Dabidə 5 gün davam edən “Siqaretlə Mübarizə Konfransı”nın iştirakçıları dünyada ölümə ən çox səbəb olanlardan biri hesab olunan bu pis vərdişə son qoyulmasını tələb ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının dediyinə görə, siqaret hər 6 saniyə ərzində 1 nəfərin ölümünə gətirib çıxarır ki, bu da həmin bəla səbəbilə hər il dünyada 6 milyon insanın vəfatı deməkdir.
Siraretlə mübarizənin 16-cı konfransının iştirakçıları Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində tütünün yayılmasına qarşı olan ittifaqın tətbiqinin daha da gücləndirilməsinə çağırmışdır. Belə ki, təşkilatın dediyinə görə, XXI əsrdə siqaret səbəbilə ölənlərin sayının milyarda çatacağı ehtimalı vardır. Bu ittifaqın tələbinə görə, siqaret istehsal edən şirkətlərin reklamı və ictimai yerlərdə siqaretin istifadəsi qadağan olunur. Bu günə qədər 180 ölkə bu ittifaqa qol qoyub. Lakin 2018-ci ildə bütün dünya dövlətlərinin şamil olması üçün konfrans iştirakçıları qol qoyan ölkələrin siyahılarının artmasına səsləyiblər.
İştirakçılar qeyd edib ki, tütünün bütün növlərinin istifadəsi təhlükəlidir və xərçəng, ürək xəstəlikləri, qan damarlarının xəstəliyi, şəkər və xroniki tənəffüs xəstəlikləri kimi yoluxucu olmayan xəstəliklərə başlıca səbəbdir.
Konfransdakıların çıxışlarına görə, bir neçə ölkədə siqaret çəkənlərin sayının azaldığına baxmayaraq, 2025-ci ilə qədər tütünün istifadəsinin 30% enməsi üçün hələ ki, böyük səylərə ehtiyac var.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşulduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmək İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) israfçılığı da qadağan edib.
Tibb sübut edir ki, siqaret çəkmək sağlamlığa ziyan vurur, hətta siqaret çəkənin ölümünə səbəb ola bilir. Siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı, Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (“Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin”)