Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Şirkətlərə xəbərdarlıq: əməliyyat sistemini dəyişin

Avqust 15
17:38 2014

Milli.Az icnews-a istinadən bildirir ki, “Microsoft” şirkəti 6 il sonra “Windows 7” əməliyyat sisteminin (ƏS) dəstəyini dayandıracaq. Amma analitiklər şirkətlərə artıq indidən bu ƏS-dən uzaqlaşmağı tövsiyə edirlər.

“Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Stiven Kleynhans xatırladır ki, “Windows XP” sisteminin dəstəyi 2014-cü ilin aprelində dayandırılıb. Hərçənd bu haqda hələ 2007-ci ildən məlum idi, bir çox təşkilat və müəssisələr kompüterlərini vaxtında yeniləyə bilməyiblər, nəticədə indi tələsik öz sistemlərinin təhlükəsizlik məsələlərini həll etməyə çalışırlar və bunun üçün vəsaitə ehtiyac var.

“Windows 7” ilə eyni aqibəti yaşamamaq üçün, Kleynhans şirkətlərə artıq indidən ƏS-i dəyişmələrini planlaşdırmağı tövsiyə edir.

“Net Applications” analitiklərinin məlumatına görə, 2014-cü il iyulun sonunda masaüstü və noutbuklar üçün qlobal bazarda “Windows XP” platformasının payı 24,82 faiz təşkil edib. “Windows 7” sistemi fərdi kompüterlərin 51,2 faizinə quraşdırılıb, “Windows 8”də (8.1 versiyası ilə birgə) bu göstərici 12,48 faizidir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930