Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Skayp”da yeni virus – danışıqlar dinlənilir

Fevral 11
16:40 2016

“T9000” adlanan yeni virus “Skayp” istifadəçilərinin danışıqları və şəxsi məlumatlarını yazır.

İlk dəfə virus haqqında məlumatı “Palo Alto Networks” şirkətinin ekspertləri yayıblar. Bu zərərli proqramı hətta “Kaspersky”, “Norton”, “AVG” və digər məşhur antiviruslar da aşkarlaya bilmir.

“Bu virusun ilkin funksiyası istifadəçi haqqında məlumat yığmaqdır”, – deyə “Palo Alto” eksperti bildirib.

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, kompyuterlər Rich Text Format (RTF) formatında faylların işə salınması ilə bu virusa yoluxur. Bundan sonra troyan çoxpilləli quraşdırma prosesini işə salır ki, bu da hər addımda anti-virus proqram təminatının olub – olmamasını yoxlayır.

Tam yoxlamadan sonra virus yoluxmuş sistemdən məlumatları toplayıb və hakerin serverinə göndərir.

“Skayp”da yeni virus haqqında məlumat və onun potensial təhlükələri araşdırılır.

Digər xəbərlər

ARXİV

Aprel 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930