Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Smartfon istifadəçilərinin beyni daha fəaldır

Dekabr 26
20:57 2014

“Sələf Xəbər” www.theatlantic.com saytına istinadən xəbər verir ki, İsveçdə bir qrup alim smartfonların istifadəsinin beyinə təsiri barədə araşdırma həyata keçirib.

“Gündəlik şəkildə istifadə etdiyimiz rəqəmsal texnologiyalar beynimizdə sensor prosesinə bizi təəccübləndirəcək miqyasda təsir edir”,-deyərək İsveçrənin Sürix Universiteninin nevrologiya üzrə alimi Arko Qoş bu bəyanatla çıxış edib. Smartfonların həyatımızın hər sahəsinə sirayət etdiyini diqqətə alan Qoş, ekranda daimi barmaq hərəkətlərinin beynin faəliyyətində necə əks olunduğunu təhlil etməkdə maraqlı olub.

Bunu araşdırmaq üçün o və onun komandası smartfon istifadəçiləri və köhnə telefonlardan istifadə edən insanların beyinlərinin reaksiyası arasında fərqləri qeydə alıb.

Bu məqsədlə onlar 26 sensorlu telefon istifadəçisinin və 11 ənənəvi düyməli telefon istifadəçisinin baş, şəhadət və orta barmağının uclarını beyində elektrik faəllığı ölçən cihaza birləşdiriblər (araşdırmada iştirak edən bütün iştirakçılar sağaxay olub). Bir sıra sınaqlar həyata keçirdikdən sonra, alimlər köhnə telefonlar istifadə edən insanlarla müqayisədə smartfon istifadəçilərinin somatosensor korteksinin – beyində baş barmağın hərəkətinə görə cavab verən beyin nayihəsinin daha güclü olduğunu üzə çıxarıb. Bu tapıntılar onu göstərir ki, ənənəvi telefonlarla müqayisədə smartfon istifadəsi zamanı fəallaşan sinir mexanikaları daha mürəkkəbdir. Araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc edilib.

Arko Qoş deyib: “Smartfonlardan istifadə etməyin beyində səbəb olduğu dəyişikliklərin miqyası məni həqiqətən təəccübləndirdi” .

 Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.

Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir.” (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930