Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Smartfon ölçülü mini-kompyuter istehsal edilir

Noyabr 05
17:43 2015

Niderlandın “The Hague” şirkəti professional fərdi kompyuter və ya noutbukların bütün funksiyaları ilə təchiz edilməyən yeni kompakt qurğunu satışa çıxaracaq. “Ockel Sirius B” adlanan mini-kompyuter “Intel” bazası əsasında işləyir və hazırda tərtibatçılar onun istehsalı üçün “Indiegogo” saytında vəsait toplamaqla məşğuldurlar. Mini-kompyuterin “Windows 10” sistemli versiyasının qiyməti 169 dollar təşkil edir.

“Sələf Xəbər”in İkt.az-a istinadən məlumatına görə, “Ockel Sirius B” qurğusunun ölçüləri “iPhone 6s” və “Galaxy S6” smartfon modellərinin ölçülərinə yaxın olmaqla 123x79x11 mm-ə bərabərdir. Onun çəkisi 120 qram təşkil edir ki, bu da qeyd olunan smartfonların çəkisindən, təxminən 20 qram azdır. Kompyuter 1 “HDMI” çıxışı, 2 “USB” portu, mikrofon və qulaqcıq üçün çıxış və “microSD” kartı üçün çıxışla təchiz edilib. Proqram təminatına, həmçinin “Atom Bay Trail” prosessoru və “Intel HD Graphics” video kartı daxildir. Daxili yaddaşın tutumu 32 giqabaytdır. Qurğu ikizolaqlı “802.11 a/b/g/n Wi-Fi” və “Bluetooth 4.0” texnologiyalarını dəstəkləyir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031