Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Smartfon və planşetlər kökəlməyə səbəb olur?

Noyabr 22
14:55 2014

Düzdür, insanda maddələr mübadiləsi pozulduqda kökəlmə baş verir. Ancaq bu dəfə kökəlməyə səbəb kimi smartfon və planşetlərdən çox istifadə etmək məsələsi gündəmdədir. Bəs, bu necə baş verir? Bu xəbərimizdə həmin məsələyə mütəxəssislərlə birgə aydınlıq gətirəcəyik.

“Sələf Xəbər” xezerxeber.com-a istinadən verdiyi xəbərə əsasən Smartfondan istifadə etməklə acmağın gerçək olduğunu Birləşmiş Ştatların Çikaqo universitetinin alimləri sübuta yetiriblər.

Smartfon və planşetlərdən istifadə edənlər çox tez-tez acdıqlarına görə bu insanlarda piylənməyə meyl daha yüksək olurmuş. Buna səbəb isə həmin texnologiyaların buraxdığı və insanı acdıran şüadır.

Mütəxəssis Rövşən Əkbərov: “Məhz smartfonların mobil rabitə bazası ilə əlaqələri daha çoxdur.Həm də belə telefonların funksiyaları çoxdur bu da mobil rabitə bazası ilə əlaqələri artırır. Bunun nəticəsində də insanlar şüalanmaya daha çox məruz qalırlar”.

Ən təkmil telefonlarda aclığa meyl yaratma daha yüksək olur.
Terapevt Hidayət Məmmədzadə: “Bu mobil telefonların təkmilləşmə sürəti ilə onların mənfi təsirlərinin yüksəlməsi də artır. Bu xüsusi ilə, yeniyetmə və gənclərdə ciddi fəsadlar yarada bilər. Hətta, telefonların bəzi mənfi xüsusiyyətləri hələ də araşdırma və mübahisə mövzusudur”.

Dietoloqlar da bu cür cihazlardan çox istifadə edən insanlarda aclıq hormonunun daim aktiv olduğunu deyirlər.
Dietoloq Ləman Süleymanova: “Belə insanlara, hətta, canavar iştahalı da demək mümkündür. Onlar bir oturumda, hətta, iki yeməyin həcmi qədər yemək yeyirlər. Beyin onlara tabe olmur və nəticədə insanlar kökəlir. Mədə-bağırsaq xəstəliklərindən özlərini sığortalaya bilmirlər”.

Vücudun axşam saatlarında daha zəif olduğunu deyən mütəxəssislər axşam saat 8-dən sonra smartfon və planşetdən istifadə etməməyi məsləhət görürlər. Ancaq bəzi insanların işi bunu tələb edirsə ekspertlər iki saatdan bir yarım saatlıq fasilə verməyin mütləq olduğu fikrindədirlər.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930