Smartfonlar yanğın təhlükəsini bildirəcək
705 dəfə baxılıb
Yaxın gələcəkdə smartfonlar, “ağıllı” saat və digər qurğular tüstünü aşkar edəcək naqilsiz sistemlə təchiz olunacaq. “Apple” şirkəti artıq bunun üçün patent də alıb. Şirkət öz məhsullarında yanğından qorunma funksiyasını quraşdırmaq niyyətindədir.
“Sələf Xəbər” İkt.az-a istinadən məlumat verir ki, bu haqda Appleinsider.com saytında bildirilib.
Patentin müəllifləri iOS-qurğularını kiçik tüstü sensorları ilə təchiz etməyi təklif edirlər. Bu sensorların dinamik, mikrofon və ya korpusdakı hər-hansı bir dəlikdə quraşdırılması nəzərdə tutulur.
Sistem havada tüstünü aşkar etdiyi halda öz sahibini xəbərdar edəcək, yanğınsöndürmə sistemini aktivləşdirəcək, həmçinin fövqəladə xidmətlərə hadisə haqqında informasiya ötürəcək. Patentdə o da göstərilib ki, sistem təkcə yanğınsöndürənlərə yanğın haqda xəbər verməyəcək, həm də hadisənin yaxınlığında olan insanların sayını bildirəcək ki, bu da yanğınsöndürənlərin işinin səmərəliliyini artırmağa imkan verəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)