Stress dişləri çürüdür
871 dəfə baxılıb
Valideynlər, bu stressə əhəmiyyət vermədiyinə görə, tədbir görməkdə gecikirlər.
“Sələf Xəbər”in t24.com.tr-yə istinadən məlumatına görə, günümüzdə bir çox xəstəliyin səbəbi olaraq göstərilən stress amilinin, bədəndəki bir çox orqana təsir etdiyi kimi, diş çürüyü və diş əti xəstəliklərinə də səbəb olduğu bildirilib.
Səlcuq Universiteti (SU) Diş Həkimliyi Fakültəsinin Ağız, Diş və Çənə Cərrahiyyəsi doktoru professor Ercan Dayanmış, sağlamlıq baxımından ağız və dişə çox əhəmiyyət vermək lazım olduğunu söyləyib.
Ağız kontekstinə uşaq yaşlarda başlamaq lazım olduğunu bildirən Dayanmış, diş çürümələri, diş əti xəstəliklərinin altında çox fərqli amillər dayandığına işarə edib.
Bu səbəblərin başında “stress” amilinin olduğunu bildirən Dayanmış, bunları qeyd edib: “Ciddi mənada xroniki stress fərdlərdə ağız quruluğu yaradır. Buna bağlı olaraq da, diş səthlərində çürük yaranmasını əngəlləyən qoruyucu təbəqə yaranmır və nəticədə diş çürümələri meydana gəlir. Xüsusilə, 18-20 yaşdan aşağı gənc və uşaqlarda görülən stress, ağız sağlamlığı baxımından çox əhəmiyyətlidir.
Valideynlər, bu stressə əhəmiyyət vermədiyinə görə, tədbir görməkdə gecikirlər. Bu da irəliləyən yaşlarda böyük problemlərə yol açır. 12-20 yaşlardakı stress, 18-30 yaşlarında qanaxma və ağrı şəklində görülən ciddi diş əti xəstəliklərinə zəmin yaradır.
Psixoloji səbəblərin necə yol açdığından danışan Dayanmış, belə davam edib: “Bunun üçün, həqiqətən, stressin bədəndə ilk təsir etdiyi orqanlardan biri də dişlər və diş ətləri olur. Xroniki stress, hətta, xərçəngə də gətirib çıxarır. Həyat keyfiyyəti yaxşı, stressi olmayan insanlarda qüsurlar müalicə ilə aradan qaldırıla bilir. Amma uzun müddətli stress altında olan fərdlərdə bu kistaya, daha sonra da şişə çevrilə bilir. Kista da laqeydlik göstərilib müalicə edilməzsə, sonrakı dövrlərdə xərçəngə çevriləcəkdir”.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)