Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Stress uşaqlara xeyirdir?

Noyabr 20
16:38 2014

“Sələf Xəbər” Milli.az-a istinadən xəbər verir ki, Erkən uşaqlığı stress şəraitində keçən erkək siçanlardan dəyişən şəraitə əla uyğunlaşmaq qabiliyyətinə malik nəsil dünyaya gətiriblər. Trend-in məlumatına görə, uşaq əzablarının gələcək nəsillər üçün faydası haqqında “Nature Communications” jurnalı məlumat verir.

Belə ki, bioloqlar siçan balalarını iki həftəliyə analarından ayırıblar, eyni zamanda, onlar üçün stresli şərait yaradıblar. Daha sonra balaları öz valideynlərinə qaytarıblar. Sonralar erkəklərin travmatik sınaqdan keçmiş nəsilləri bir çox davranış testlərini daha uğurla keçiblər. İndividlər daha aydın məqsədi olan və uyğunlaşan olublar.

Alimlər qeyd ediblər ki, davranışın yeni xüsusiyyətləri gendə mineral kortikoid reseptor üçün cavab verən epigenetik dəyişikliklərlə müşayiət olunurdu. Bu maddə, çoxdan məlum olduğu kimi, stressə reaksiyada mühüm rol oynayır.

Heyvanlar üzərində təcrübələrin əksəriyyəti göstərir ki, güclü stress ilk həftələrdə heyvanların həyatına mənfi təsir göstərib. Belə ki, onlarda immunitet aşağı düşüb, davranışlar daha həyəcanlı olub, zehni qabiliyyətlər aşağı düşüb. Lakin bəzi araşdırmalar göstərir ki, anadan olduqdan sonra stressə məruz qalma həyatın daha sonrakı mərhələlərində bir sıra üstünlüklərə səbəb olur. Və nəhayət, alimlər aşkar ediblər ki, stressin müsbət nəticələri irsən ötürülür.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930