Sümük əriməsinin qarşısını necə almaq olar?
11. 553 dəfə baxılıb
Sümüklərin kövrəlməsi xəstəliyin ən əhəmiyyətli xüsusiyyətidir.
Osteoporoz nədir?
Sümük kütləsində azalma, sümük toxumasının mikro arxitektura quruluşunun pozulması ilə xarakterizə olunan xəstəlikdir. Osteoporoz xəsətliyini (sümük əriməsi) düzgün qidalanma ilə dayandırmaq və ya qarşısını almaq mümkündür.
Daha az sümük toxumasına sahib olduqları üçün qadınların osteoporoza yaxalanma riski yüksəkdir.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən bildirir ki, Beynəlxalq Osteoporoz Fondunun məlumatlarına görə, bu xəstəlik dünyada 200 milyon qadının ortaq dərdidir. Dünyadakı 60-70 yaşlı qadınların üçdə biri, 80 yaşlı qadınlar isə üçdə ikisi bu xəstəlikdən əziyyət çəkirlər.
Travmatoloq Cağatay Öztürk düzgün qidalanma ilə osteoporozun qarşısını almağın mümkün olduğunu deyir. Həkim Cağatay Öztürk sümük əriməsinin qarşısını almaq üçün 10 əsas maddəni belə sıralayır:
Kalsium, maqnezium və mineral baxımından zəngin olan qidalar sümük quruluşunu gücləndirir.
Sümük sağlamlığı üçün ən vacib mineral isə kalsiumdur. Bu səbəbdən sümük əriməsindən qoruyan qidalar arasında da süd və süd məhsulları mühüm yer tutur. Pendir və digər süd məhsulları kalsium baxımından zəngindir.
Bununla yanaşı, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər, meyvə qurusu, D vitamini ehtiva edən qidalar və taxıl baxımından zəngin qidalar da sümük əriməsindən qoruyur.
Yüksək miqdarda kalsium və maqneziumla zəngin olan ərik yeyin.
Bədəndəki D vitaminini aktiv hala gətirmək üçün ən az 15 dəqiqə günəş işığı qəbul edin.
Hər gün D vitamini ilə zəngin olan yumurta sarısı yeyin.
Çay, qəhvə kimi kofein tərkibli içkiləri azaldın.
A, E və C vitaminləri baxımından zəngin olan və bol miqdarda kalsium ehtiva edən gül kələmi, kahı kimi yaşıl tərəvəzlər yeyin.
Kalsium və D vitamini anbarı hesab edilən süd için.
Həftədə iki gün kalsium baxımından zəngin olan istridyə, krevet kimi dəniz məhsullarını yeyin.
Sümük əriməsinə səbəb olan proteolitik fermentləri azaldıcı təsir göstərən üzüm çəyirdəyi yeyin.
Qaçış, tennis, dırmaşma, nərdivana çıxmaq sümük əriməsinin qarşısını alır. Həftənin ən azı 3-4 günü, təxminən, 45 dəqiqə bu məşqlər edilməlidir.
Osteoporozlu xəstələrin hansı şikayətləri yaranır?
Həkim Cağatay Öztürk osteoporozun bədənimizdə ən çox onurğaya təsir etdiyini bildirib. Kürək ağrısı, bel ağrısı, boy qısalması, donqarlaşma ola bilər. Ümumiyyətlə, osteoporoz hiyləgər şəkildə irəliləyir. Sümük əriməsi nəticəsində sınıqlar daha çox onurğa, bud və əl biləyində yaranır.
Orqanizmdə sakitcə irəliləyən və sınıq olmadığı müddətdə heç bir əlamət olmayan osteoporoz xəstəliyinin yalnız 30 faizi klinik şikayətlərdən sonra müəyyən olunur. Qalan hissənin çoxu təsadüfi olaraq müəyyənləşdirir.
Xəstəliyin geniş əlamətləri isə bel və kürək ağrıları, boyda qısalma, kürəkdə donqarlaşmadır. Buna bağlı olaraq sümüklərin kövrəlməsi xəstəliyin ən əhəmiyyətli xüsusiyyətidir.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.