Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Sürücülər diqqətli olun – Avtomobilinizin içinə su dola bilər! – VİDEO

İyun 22
18:09 2017

Avtomobilin içində daxil olan su, sürücünü 700 manat ziyana salıb. Mütəxəssislər isə əksər sürücünün xəbərsiz olduğu avtomobildəki rezin kipkəclərin sıradan çıxması nəticəsində bu halın baş verdiyini bildirirlər. Bəs bunun qarşısını almaq nə etmək lazımdır ? Ustaların sürücülərə məsləhəti var.

Selefxeber.azXəzərxəbər”ə istinadən məlumat verir ki, görüntüləri çəkən avtokimyəvi təmizləmə üzrə mütəxəssis bildirir ki, avtomobilin bu hala düşməsinə səbəb, əsasən, müasir nəqliyyat vasitələrinin alt hissəsində olan rezin kipkəclərin sıradan çıxmasıdır.

“Avtomobilin salonu su ilə dolub. Nəticədə maşında olan bəzi elektron hissələr yanıb və sahibinə 700 manata yaxın ziyan dəyib.”

Buna görə də istehsal ili 5 ildən çox olan avtomobilin sürücüləri belə kipkəcləri yoxlatdırsa yaxşıdır.

Bundan başqa avtomobil ön alın şüşəsinin kənarında və əgər varsa lyukun kənarında drenaj sistemi olur ki, avtomobilin üstünə tökülən yarpaq və yaxud tozdan yaranan palçıq nəticəsində bura tutulur və avtomobilin içinə su daxil ola bilir.

Buna görə də hər sürücü artıq xərcə düşməmək üçün fəsildən aslı olmayaraq avtomobilin drenaj sistemlərini yoxlatdırmalı və mütəmadi olaraq təmizlətlməlidir.

🎬

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930