Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Sürücüsüz “Mercedes” belə olacaq – FOTO

Yanvar 07
17:47 2015

“Mercedes”dən möhtəşəm yenilik gəlir. Yaxın zamanlarda küçələrdə sürücüsüz maşınlar görsəniz, təəccüblənməyin.

“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən məlumatına görə, “Mercedes” sürücüsüz maşın üçün ilk ipuclarını verib.
Dünyanın ən böyük elektron və texnologiya sərgisi ABŞ-ın Las Veqas şəhərində keçirilib. “Consumer Electronics Show (CES) 2015” də ən çox maraq doğuran mövzulardan biri də sürücüsüz maşınlar olub.
İlk sürücüsüz maşınını “Mercedes-Benz” təqdim edib.

“CES 2015” sərgisində təqdim edilən “F 015 Luxury in Motion” adlı model gələcəkdə küçələrdə şütüyəcək sürücüsüz maşınların nəyə bənzəyəcəyi haqqında təsəvvürlər yaradıb.

Maşındakı LED işıqlar sürüş formasına görə rəngini dəyişir. İnsan tərəfindən idarə ediləndə işıqlar ağ, sürücüsüz olanda isə mavi olur.

“Mercedes F 015”-in hazırlanmasında əsas maddə karbon fiberlə gücləndirilən plastik olub. Hidrogen yanacaqla işləyən maşının yollara nə zaman çıxacağı hələ dəqiq bəlli deyil.

📷

sx-news-1335-5

📷
sx-news-1335-1
📷
sx-news-1335-2
📷
sx-news-1335-3
📷
sx-news-1335-4

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930