Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Suyu təmizləyən Kitab – FOTO

Avqust 19
15:07 2015

Kitab Banqladeş və Afrikanın bir sıra ölkələrində sınaqdan keçirilib.

Hər il dünyada 500 min uşaq çirkli içməli sudan zəhərlənərək dünyasını dəyişir. Bu prosesin qarşısını almaq üçün alimlər tərəfindən təkcə bilik yox, həm də su mənbəyi kimi istifadə oluna bilən xüsusi kitab hazırlanıb.

“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, “İçməli kitab” (Drinkable Book) adlanan bu nəşrin səhifələri gümüş nanohissəciklərlə örtülüdür. Gümüşün suyun tərkibində olan bakteriyaları təmizləmək xüsusiyyəti elmə çoxdan məlum idi. Lakin bu metalın adi kağız parçası ilə birlikdə istifadəsi yenilikdir.

Kitabdan istifadə etmək üçün ondan bir səhifə qoparıb filtr qutusuna yerləşdirərək suyu üzərindən süzmək lazımdır. Bir səhifə 99, 9 faiz mikrobları zərərsizləşdirə bilir. Bu kitab vasitəsilə bir insanın dörd illik içməli su tələbatını ödəmək olar. Kitabın səhifələrində içməli su təhlükəsizliyi haqqında informasiya da tapa bilərsiniz.

Kitab Banqladeş və Afrikanın bir sıra ölkələrində sınaqdan keçirilib.

📷

3031955-poster-p-1-anatomy-of-a-cannes-contender-waterislife Luke_livedeadbacteria-1024x544

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə ) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?” (Qurani-Kərim, “Mülk” surəsi, 30-cu ayə)
Uca Allah, həmçinin buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930