Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Təkamül nəzəriyyəsinin əsassızlığı dəfələrlə təsdiqlənib

Avqust 30
18:21 2014

Milli.Az “Zaman Azərbaycan”-a istinadən bildirir ki, elm adamlarının apardıqları araşdırmalar nəticəsində sözügedən nəzəriyyənin heç bir elmi əsasının olmadığı bir neçə dəfə sübut olunub.

Onlardan ən çox səs gətirəni Cənubi Afrikada tapılan, 3 min illik tarixi olan qədim insanın kəllə sümüyü olub. “Taunq uşağı” adı verilən qədim tapıntının insana aid olduğu nəzəriyyəçilər tərəfindən də qəbul olunub. Lakin bir müddət sonra sözügedən qalıq böyük müzakirələrə səbəb olub.

3 yaşlı uşağa aid olduğu təxmin edilən kəllə sümüyünü yenidən tədqiq edən alimlər bütün suallara birdəfəlik cavab tapıblar. Belə ki, ölkənin Vits Universitetində çəkilən kompüter tomoqrafiyası təkamül iddiasını alt-üst edib. Mütəxəssislər meymun beyninin inkişaf prosesi ilə tədqiqat nəticəsində əldə etdikləri məlumatları müqayisə ediblər.

Məlum olub ki, insanın doğulduqdan sonra beyinin inkişafını asanlaşdıran metopik tikiş və qığırdaq meymunda mövcud deyil. Araşdırmada iştirak edən professor Raymond Dart tədqiqatla bağlı belə açıqlama verib: “Tapıntı üzərində araşdırma apardıqdan sonra məlum oldu ki, qədim insanın kəllə sümüyü ilə meymununku arasında heç bir uyğunluq yoxdur.

İnsan beyninin adaptasiya prosesinə əvvəllər heç bir canlıda rast gəlinməyib və bunun heç bir elmi dəlili də yoxdur”.

 Sələf Xəbər: “Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.” (Müqəddəs Quran, “Hicr” surəsi, 26-cı ayə).

“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun!” (Müqəddəs Quran, “Nisa” surəsi, 1-ci ayə).

Digər xəbərlər

ARXİV

May 2024
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031