Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Tapılan balıq alimləri heyrətləndirdi – VİDEO

Dekabr 22
19:07 2014

“Sələf Xəbər” alanba.com.kw-a istinadən xəbər verir ki, Amerika alimləri dənizin 8 km dərinliyində yaşayan qeyri-adi bir balıq növü tapıblar.

Elmi heyət bu yeni balığı Sakit okeanın Maryana çökəkliyindən tapıblar və hələ də o balığa ad verməyiblər. Biologiya üzrə professor Pavl Yansi qeyd edir ki, heyət üzvləri bu balığı görən zaman çox heyrətləndilər. O həm küçüyə, həm su pərisinə, həm də ilan balığına oxşayır.

Heyətin cihazları okeanın dibindən nümunələr üçün torpaq yığan zaman bu balıq təsadüfən həmin cihazın kamerasının qarşısından keçir. Balığın uzunluğu, təxminən 25 sm-dir. Cismi o qədər şəffafdır ki, hətta, dərisinin altından skleti belə görünür.

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür.” (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə).

“Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər.”  (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031