Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Təbii vitamin mənbəyi olan quru meyvələrin faydaları

Yanvar 15
17:48 2015

Sağlamlığa faydalı olan lifli hissələrin qurudulmuş meyvələrdə daha çox olduğunu bildirən mütəxəssislər bu ərzaqların mütləq qidalanma menyusuna daxil edilməsinin lazım olduğunu bildirirlər.

Çünki quru meyvələr xərçəngdən təzyiqə, anemiyadan göz yorğunluğuna qədər bir çox xəstəlikdən qorumaq gücünə malikdir.
“Sələf Xəbər” Tabloid.az-a istinadən quru meyvələrin faydalarını bu cür sıralayıb:

Quru ərik

Həzm problemlərini yaxşılaşdırır. Stress və qanazlığının qarşısını alır. Daşıdığı A vitamini dəri qüsurlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək ürək əzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir. Tərkibi həm də kaliumla zəngindir.

quru-erik

Kişmiş

Yaxşı enerji mənbəyidir. Bəlğəm gətirən təsirinə görə tənəffüs problemləri olan xəstələrə tövsiyə edilir. Gündə 10 dənə üzüm qurusu təzyiqi azaltmaqda olduqca təsirlidir. Bu baxımdan, iltihablara qarşı da immunitet sistemini gücləndirir.

Raisin food

 

Alma qurusu

Xüsusilə, qatıqla yedikdə zəhərlənmə nəticəsində baş verən ishal zamanı güclü təsirə malikdir. Yenə lifli xüsusiyyəti sayəsində tox saxlayır. Gözlərinizi yoran işdə çalışırsınızsa, hər gün bir ovuc quru alma yemək yaxşı təsir edir.

alma-qurusu

Xurma

Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri gözəlliyi və sağlamlığının qorunmasında böyük rol oynayır. Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir.

xurma

Quru tut

Qan yaratmaqda və qızdırma əleyhinə əsrlərdir istifadə edilən quru tut əsl vitamin mənbəyidir. Gündə bir ovuc yeyərək özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Bundan başqa, quru tut ağız qoxusunu da yox edir.

tut

Quru gavalı

Tərkibinə bol miqdarda B1, B2, B3, B6, A, C və E vitaminləri daxildir. Xərçəng və qocalmaya qarşı qoruyucu təsirə malik quru gavalı tərkibindəki zəngin kalium və maqnezium ilə təzyiq, qaraciyər, ürək, böyrək və revmatizm xəstəliklərinə müsbət təsir göstərir.

qavali

Quru əncir

Yağ, sodium, xolesterin tərkibli olmadığı, hətta, yüksək dərəcədə lifli sayıldığı üçün arıqlamağa kömək edir. Tərkibi protein miqdarı baxımından kasaddır, turşu baxımından isə zəngin. Bu səbəbdən hüceyrə inkişafını dəstəkləyir. Boğaz ağrısı və bronxiti aradan qaldırmaq gücünə malikdir. Bədəni yeniləməkdə fəal rol oynayır.

ancir

 Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.” (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930