Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Təlatümlü beyni necə sakitləşdirmək mümkündür?

Yanvar 08
18:57 2015

Beynimizin nisbətən rahatlıq tapması üçün aşağıda qeyd olunanlara əməl etsək, bəlkə də qismən nəsə əldə edə bilərik.

“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, XXI əsri bütünlüklə ələ alan kompyuter ən çox insan beyninə ziyan vurmaqdadır. Bu gün kompyuterlə işləyən, dolayısı ilə ondan istifadə edən insanlar ən çox zehni yorğunluqdan əziyyət çəkirlər. Zehni yorğunluğu, beyindəki narahatlığı artıran digər amillər isə psixoloji təsirlərdir.

Bütün dövrlərdə bütün dinlərdə ən vacib insan nəaliyyəti sakit beyin olub.
Sakit beyin insanın uğur və nəaliyyətlərinin açarıdır. Məhz sakit beyinə sahiblənən insan özünüidarə mexanizmini düzgün və rahat şəkildə həyata keçirə bilər. Rahat beyinə sahib olmağın bir neçə üsulunu təqdim edirik:

1. Bəzən haqlı olub-olmadığını düşünmək insan beyninə neqativ enerji yükləyir. Bu düşüncədən daşının. Haqsız olduğunuzu o qədər də böyük faciə adlandırmayıb, haqlı olduğunuza qəhrəmanlıq donu geyindirməyin. Hər ikisini, sadəcə, beyninizdən silin.

2. Daxili rahatlıq və beyin sakitliyini pozan ən pis element özünü günahlandırmadır. Keçmişdə nə üçün elə etdim deyə düşünməyin. Günahları gələcəkdə təkrarlamamaq haqqında fikirləşmək, etdiklərinə görə özünü “yeyib-bitirməkdən” daha əhəmiyyətlidir.

3. Özünüzə bəraət qazandırın. Bəli, özünüzdən ibarət bir “əfv komissiyası” tərtib edin və yeganə müttəhim hesab etdiyiniz özünüzü azadlığa çıxarın. Azadlığa çıxın ki, beyniniz sakit olsun.

4. Bağışlayın. Çox yox, yalnız bircə dəfə bunu edin və sakitləşin. Düşünün ki, başqasını bağışlamaq beyniniz üçün böyük hədiyyədir. Nə olar ki, bir dəfə də 24 saat dayanmadan işləyən beyninizə “hədiyyə” verəsiniz.

 Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031