Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Tələbələr smartfon asılılığından əziyyət çəkir

Sentyabr 02
16:30 2014

Azərbaycan Yüksək Texnologiyalar və Rabitə Nazirliyinin rəsmi saytı “4PDA”-ya istinadən xəbər verir ki, hazırda bəzi tələbələrdə yeni asılılıq tipi – smartfon asılılığı yaranıb. Bu Beylor Universitetinin apardığı araşdırmadan məlum olub.

Hesabata əsasən, bir sıra tələbə qızlar gündə smartfona 10 saat sərf edir. Bu, smartfon asılılığından əziyyət çəkən gənc oğlanlardan iki dəfə çoxdur. Araşdırmalar sübut edib ki, smartfondan çox istifadə tələbələrin dərsə davamiyyətinə mənfi təsir göstərir.

Məlumata görə, smartfonlardan asılılığı olan tələbələr gündə mətnli məlumatların yığılmasına təxminən 94,6 dəqiqə, elektron poçtun göndərilməsi və baxılmasına 48,5 dəqiqə sərf edir. Onlar 38,6 dəqiqə “Facebook” sosial şəbəkəsində və 34,4 dəqiqə internetdə olur.

Tələbələr öz mobil telefonlarından asılı olduqlarını gizlətmir: rəyi soruşulanların 60 faizi bunu dilə gətirib. Bəzi tələbələr bildirib ki, telefon göz qabağında olmayanda həyəcan keçirir və narahat olur.

Tədqiqatçıların sözlərinə görə, “Instagram” və “Pinterest” kimi bir sıra əlavələr həqiqətən tələbənin smartfondan nə dərəcədə asılı olmasını göstərə bilər. Tədqiqatçı Ceyms Robertsin qənaətinə görə, telefon tələbələr tərəfindən sinifdə və ya ətrafdakıların təzyiqindən yayınmaq üçün istifadə oluna bilər. Onun fikrincə, mobil telefonlar insanları eyni anda azad və özünə tabe etməsinə görə əsl paradoksdur.

“Mobil telefonun imkanları və funksiyaları artdıqca ondan asılılıq daha real problemə çevrilir”, – C.Roberts qeyd edib.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930