Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Telefonlar yosundan enerji yığacaq

Dekabr 25
18:22 2015

Kanadalı alimlər göy-yaşıl rəngli yosunlardan elektrik enerjisinin əldə olunması texnologiyasını işləyib hazırlayıb. Texnologiyanın səmərəliliyi üzrə ilk sınaqlar mobil telefon və kompüterlər üzərində aparılacaq.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, göy-yaşıl yosunlar fotosintez prosesində oksigenin ayrılması ilə müşayiət olunan böyük qram mənfi bakteriyalar tipidir. Bu yosunlar ekoloji çirklənmənin nəticəsində formalaşır və su hövzəsini yararsız hala gətirir.

Proses nəticəsində ayrılan enerjini toplayan yeni texnologiya Konkordiya Universitetinin mühəndisləri tərəfindən təklif edilib.

Mühəndislər tərəfindən yaradılmış qurğu anod və katoddan ibarətdir. Göy-yaşıl yosunlar anod kamerasına yerləşdirilir. İlk mərhələdə 933 millivolt gərginlik generasiya edilib. Təkmilləşdirmələrdən sonra noutbuk və smartfon kimi qurğuları enerji ilə doldurmaq mümkün olacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031