Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Telefonları izləyənlərdən necə qorunmalı?

Avqust 28
19:10 2015

Məşhurların telefonlarından şəkillərinin oğurlanması ilə bağlı hadisəyə dəfələrlə rast gəlmişik. Lakin artıq məşhurlar deyil, sadə vətəndaşların da telefonlarına müdaxilələr olur və şəkilləri oğurlanır.

“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, internet “sehrbazları” oğurluq proqramları vasitəsilə çox rahat şəkildə telefonunuza daxil olub, şəxsi məlumatları götürə və bununla da sizi şantaj edə bilərlər.

Bəs telefona müdaxilə olunarsa, nə etməli?

Belə vəziyyətlərdə təcili görüləcək tədbirlərdən bəzilərini və ən əsaslarını təqdim edirik:

1. Telefonunuzda mütləq şifrədən istifadə edin. Hətta ən yaxın adamlarınızdan belə gizlədin.
2. Özəl şifrəli rəsmləri (məsələn kredit kartının şəklini) saxlamaq istəyirsinizsə, bunu telefonunuzda deyil, evdəki kompyuterdə saxlayın, yaxud da şifrəli bir fayla yükləyərək yadda saxlayın.
3. Mobil telefonun telesekretar özəlliyindən istifadə etməyin. İstifadə etsəniz belə şifrələyin.
4. Telefonunuz üçün yeni istifadə sistemləri yaradılan kimi həmin an yükləyin. Çünki yeni sistemlər həm də təhlükəsizliklə bağlı boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulur.
5. İstifadə etmədiyiniz müddətdə telefonunuz mütləq kiliddə qalsın.
6. Haradan gəldiyini bilmədiyiniz mesajları açmayın. Hətta oxumadan silin.
7. Proqram yükləyəndə hansı icazələri verdiyinizə diqqət edin. Şəxsi məlumatlarınıza daxil olmaq istəyən proqramlar qorxuludur və onlardan uzaq olun.
8. Bluetooth üzərindən də telefonunuza daxil olmaq olar. Ətrafınız qələbəlikdirsə, qapatmağınız məsləhətdir.
9. Bilmədiyiniz wi-fi şəbəkələrinə qoşulanda ehtiyatlı olun.
10. Hərdən-bir telefonu format edin və şifrələrinizi dəyişin.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930