Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Telefonları spirtlə tez-tez təmizləyin

Yanvar 15
18:14 2016

Sən demə evdə, yolda, işdə saatlarla əlimizdən düşməyən mobil telefonlar əsl mikrob mənbəyi imiş. Dünyanın bir sıra universitetlərinin mütəxəssisləri apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər.

“Sələf Xəbər”in Atv.az-a istinadən məlumatına görə, mütəxəssislərin apardığı araşdırma nəticəsində məlum olub ki, mobil telefon xəstəliklərin yaranma təhlükəsini birə-beş artırır. Belə ki, telefonla danışdığımız və ya mesajlaşdığımız zaman toplanan çoxsaylı mikroblar və toz birbaşa insanın daxili orqanlarına yönəlir. Zamanla həmin mikroblar və toz insan orqanizminə toplanaraq daha təhlükəli vəziyyət yaradır və astma, zökəm, bağırsaq və dəri xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Vəziyyətdən ilkin çıxış yolu kimi, mütəxəssislər mobil telefonu mütəmadi olaraq spirtli dəsmalla silməyi məsləhət görürlər.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930