Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Telefonunuzdakı bu funksiya sizin izlənmənizə şərait yaradır

May 09
19:09 2016

Telefonunuzda olan bir funksiya var ki, daim atdığınız addımları qeyd edir.

Telefonunuz sizin anbaan izlənmənizə və hətta bütün məlumatlarınızın başqasının əlinə keçməsinə gətirib çıxara bilər. Söhbət smartfonlardan gedir. Məhz bu cür təhlükələrdən qorunmaq üçün telefonun bu hallara şərait yaradan funkusiyasını deaktiv etmək məsləhət görülür.

Telefonunuzda olan bir funksiya var ki, daim atdığınız addımları qeyd edir. Necə deyərlər, özünüz də istəmədən şəxsi məlumatlara giriş qapısını açıq qoyursunuz.

“Sələf Xəbər” Xəzər Xəbərə istinadən bildirir ki, Geo lokeyşin adlı bu funksiya sizi daim izləyir və bütün məlumatları telefonun yaddaşına yükləyir. Bu funksiyanın açıq qalması bununla yanaşı bir sıra ciddi problemlərin yaranmasına da gətirib çıxara bilər.

Belə ki işlənmiş telefonların alışı zamanı bu problem daha geniş miqyaslı ola bilər. Buna görə də bu tip problemlərdən uzaq durmaq üçün telefonunuzun bu funksiyasını bağlı saxlayın.Bu isə çox asandır. Telefonda sadəcə olaraq Tənzimləmələrə daxil olub,daha sonra Gizlilik ayarları keçib ,Lokasiya xidmətində mütəmadi istifadə olunan ünvanlarda söndür düyməsini seçməklə bu proqramı deaktiv etmiş olursunuz.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930