Televizora 2 saatdan çox baxan uşağı nə gözləyir?
885 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, Braziliyanın San Paul universitetinin alimlərinin araşdırmalarına görə, iki saatdan çox televizora baxan uşaqlar qan təzyiqinə qeyrilərindən daha çox tutulurlar.
Araşdırmada deyilir ki, televizora gündə iki saatdan çox baxmaq bu vaxt qədər baxmayan həmyaşıdlarına nisbətdə qan təzyiqinin qalxması ehtimalı yüzdə otuz faiz artıq olur. Həmçinin uşağın fiziki fəaliyyətinin az olması bu nisbəti, hətta, yüzdə əlliyə də qaldırır.
Tədqiqatçılar iki il ərzində səkkiz Avropa ölkəsində yaşayan 5221 uşağın səhhətinə nəzarət edib araşdıraraq bu nəticəyə gəlmişlər.
Tədqiqatçılara görə, uşaqların qan təzyiqinin artması gələcəkdə ürək və qan damarlarında problemlərə səbəb olmasına, anginaya tutulmasına və hətta, beyin laxtalanmasına gətirib çıxarır.
Araşdırma əsnasında məlum olub ki, 1000 uşaqdan 110-unda qan təzyiqi vardır.
Qeyd etmək yerinə düşərdi ki, Amerikanın Hartford universitetinin Tibb fakültəsinin alimlərinin araşdırmalarının nəticəsinə görə, hal-hazırda uşaqların yedikləri qidalar olduqca çox duzlu olduğuna görə, bu onların qan təzyiqlərinin qalxmasına səbəb olur. Belə ki, araşdırmaya görə, 8-17 yaş arası olan uşaqların yüzdə iyirmi yeddisi qan təzyiqinin artmasından əziyyət çəkirlər.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)