Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Tənbəlliyə bu yollarla qalib gəlin

Yanvar 25
18:42 2016

“Sələf Xəbər” Atv.az-a istinadən tənbəliyyə qalib gəlmənin 5 yolunu təqdim edir:

1. Başlanğıc üçün ümumiyyətlə heç bir şey etməyin.
Bütün fəaliyyətlərinizi dayandırın; otaqda o yan bu yana getməyin, kompyuter arxasında oturmayın, yeməyin, oxumayın, nəsə dinləməyin. Gözlərinizi yuma bilərsiniz. Buna 10 dəqiqənizi ayırın və özünüz bir işlə məşğul olmaq istəyəcəksiniz. Burda mediativ bir təcrübə var, bu tənbəlliyi aradan qaldırır və enerji qazandırır.

2. Burda 5 dəqiqəlik iş var
İşə bunun nə qədər ağır olduğu düşüncəsi ilə başlamayın. Özünüzü 5 dəqiqə işləyəcəyinizə inandırın. Beş dəqiqəyə dözmək heç də çətin deyil və bu, işə başlamaq üçün kifayətdir. Çox güman ki, bununla da işinizi sona qədər çatdırcaqsınız.

3. Böyük işləri hissələrə ayırın
Böyük məsələnin həllinə başlamaq heç də asan deyil. İşi hissələrə ayırın və onları ardıcıllıqla yerinə yetirin. Bu daha asan çıxış yoludur!

4. Özünüzü mükafatlandırın
İstənilən iş sonda mükafatlandırılmalıdır. Buna görə də hər hissəni bitirdikdən sonra həvəslənmək üçün özünüzü mükafatlanıdrın. Qutardınız-sevdiyiniz peçenye ilə bir fincan qəhvə için, gəzişin və ya 5 dəqiqəlik mürgüləyin. Bu yaxşı vərdişdir.

5. Bu günün işini sabaha saxlamayın
Sabah-həftənin ən ağır günüdür. Əgər nəsə etmək istəyirsinizsə elə indi edin, çünki sabah başqa bir vacib iş çıxacaq və fikrinizi dəyişməli olacaqsınız. Gec olsa belə, işə bu gün başlayın. Başladığınızı sabah bitirmək, sıfırdan başlamaqdan asandır.

Sələf Xəbər: İbn Qayyim (Allah ona rəhmət etsin) buyurub: “Vaxtı israf etmək ölümdən daha betərdi. Çünki vaxtı israf etmək, insanı Allahdan və Axirət diyarından ayırır. Ölüm isə, insanı dünyadan və onun əhlindən ayırır”. (“əl-Fəuəid” kitabı)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930