Tərəzi smartfon – FOTO
Sentyabr 04
15:30
2015
784 dəfə baxılıb
Meyvə və tərəvəzlərin çəkisini artıq smartfonların köməyi ilə öyrənmək mümkündür.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, “Huawei” şirkətinin təqdim etdiyi “Mate S” smartfonu bu işdə sizə yardımçı olacaq.
Mobil qurğu istifadəçilərin smartfonun ekranına qoyduğu kiçik əşyaları tərəzi kimi çəkə bilir. Yeni funksiyanın əsas təyinatı isə istifadəçi interfeysinin imkanlarının genişləndirilməsidir.
Smartfon 8 nüvəlik prosessorda işləyir. 8 və 13 meqapikseli olan iki kamerası var.